11:00 19-02-2009
news_image
675
DİGƏR NÖVLƏR

Olimpiya çempionu 26 yaşında dünyasını dəyişdi

Polşalı olimpiya çempionu Kamila Skolimovskaya 26 yaşında dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, əməkdar idmançı Portuqaliyada hazırlıq keçən Polşanın yüngül atletika yığmasının düşərgəsində vəfat edib. Dünən günün ilk yarısında özünü pis hiss edən Kamila axşam məşq zamanı huşunu itirib. İdmançı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Ölümün səbəbi hələ açıqlanmır.

Qeyd edək ki, Skolimovskaya 17 yaşında Sidney Olimpiadasının qalibi olub. O, bununla qadınlar arasında çəkic atma üzrə ilk olimpiya çempionu kimi tarixə düşüb.