00:29 20-02-2009
news_image
742
STOLÜSTÜ OYUNLAR

Rəcəbov dünya çempionuna təslim oldu

İspaniyada şahmat üzrə ənənəvi “Linares” superturniri start götürüb. Apasport.az saytının məlumatına görə, 314 min avro mükafat fondu olan yarışda dünyanın 8 ən məşhur zəka sahibi qüvvəsini sınayır.

Azərbaycan şahmat yığmasının lideri Teymur Rəcəbovla (2761) yanaşı, superturnirə dünya çempionu Vişvanatan Anand (Hindistan, 2791), Vasili İvançuk (Ukrayna, 2779), Maqnus Karlsen (Norveç, 2776), Levon Aronyan (Ermənistan, 2750), Van Yue (Çin, 2739), Aleksandr Qrişuk (Rusiya, 2733) və Lenyer Dominqes (Kuba, 2717) qatılıb.

Təəssüf ki, ilk tur Rəcəbov üçün uğursuz olub. Qara fiqurlarla oynayan həmyerlimiz hindistanlı Ananda məğlub olub. Teymur 61-ci gedişdə “ağ bayraq” qaldırıb. Şahmatçımız bu gün İvançukla görüşəcək.


Teymur Rəcəbovun keçirəcəyi növbəti oyunların təqvimi:

I dövrə

20 fevral: Rəcəbov - İvançuk
21 fevral: Aronyan - Rəcəbov
22 fevral: Rəcəbov - Qrişuk
24 fevral: Dominqes - Rəcəbov
25 fevral: Van Yue - Rəcəbov
26 fevral: Rəcəbov - Karlsen

II dövrə

28 fevral: Rəcəbov - Anand
1 mart: İvançuk - Rəcəbov
2 mart: Rəcəbov - Aronyan
3 mart: Qrişuk - Rəcəbov
5 mart: Rəcəbov - Dominqes
6 mart: Karlsen - Rəcəbov
7 mart: Rəcəbov - Van Yue