16:32 20-02-2009
news_image
680
DİGƏR NÖVLƏR

Sabah Bakıda Avropa çempionatının püşkü atılacaq

Bakıda təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatının püşkü sabah atılacaq. Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi paytaxtın “Excelsior” otelində olacaq. Tədbirə Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri qatılacaqlar.

Qitə birinciliyində gimnastların və qrup komandalarının çıxış nömrələri məhz püşk sayəsində müəyyənləşəcək. Çempionat isə 15-17 may aralığında Bakıda keçiriləcək.