22:57 20-02-2009
news_image
524
STOLÜSTÜ OYUNLAR

Linaresdə həmyerlimizin ilk xalı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyada təşkil olunan ənənəvi “Linares” superturnirində ilk xalını qazanıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmyerlimiz yarışın II turu çərçivəsində ukraynalı Vasili İvançukla görüşdə yarım xal əldə edib. Ağ fiqurlarla oynayan Rəcəbov rəqibi ilə 42-ci gedişdə “sülh” bağlayıb.

Teymur ilk turda hindistanlı dünya çempionu Vişvanatan Ananda uduzmuşdu. Hazırda şahmatçımız 0,5 xalla sonuncu pillədə qərarlaşıb. O, sabah baş tutacaq III turda Aleksandr Qrişuku (Rusiya) sınağa çəkəcək.

Qeyd edək ki, 314 min avro mükafat fondu olan yarışda dünyanın 8 ən məşhur zəka sahibi yarışır. İki dövrədən, 14 turdan ibarət superturnir martın 7-də başa çatacaq.

“Linares” superturniri, II tur

Teymur Rəcəbov (Azərbaycan, 2761) - Vasili İvançuk (Ukrayna, 2779) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2776) - Lenyer Dominqes (Kuba, 2717) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2791) - Levon Aronyan (Ermənistan, 2750) - 0:1
Aleksandr Qrişuk (Rusiya, 2733) - Van Yue (Çin, 2739) - 1:0