23:11 21-02-2009
news_image
558
STOLÜSTÜ OYUNLAR

Rəcəbov yenə öz ampluasında: erməni ilə oyun heç-heçə bitdi

İspaniyanın Linares şəhərində keçirilən şahmat üzrə superturnir davam edir. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbov III turda da qələbəyə həsrət qalıb. O, qara fiqurlarla Ermənistan şahmatçısı Levon Aronyanla heç-heçə oynayıb. Tərəflər bərabərliyə 42-ci gedişdə razılaşıblar.

Teymur əvvəlki iki turda hindistanlı dünya çempionu Vişvanatan Ananda uduzmuşdu, ukraynalı Vasili İvançukdan isə yarım xal almışdı. Rəcəbov hazırda 1 xalla turnir cədvəlinin aşağı pillərində qərarlaşıb.

22 yaşlı şahmatçımız sabah IV tur çərçivəsində rusiyalı Aleksandr Qrişuku sınağa çəkəcək. 8 beynəlxalq qrossmeysterin 2 dövrədə mübarizə apardığı və 14 turdan ibarət olan superturnir martın 7-də yekunlaşacaq.

Qeyd edək ki, Rəcəbovla Aronyanın görüşləri əksər hallarda heç-heçə nəticələnir. Bu şahmatçılar təkcə son aylarda bir neçə dəfə “sülh” bağlayıblar.