00:11 23-02-2009
news_image
808
STOLÜSTÜ OYUNLAR

Yığmamızın lideri autsayder rolunda

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyada təşkil olunan “Linares” superturnirində növbəti dəfə məğlubiyyət acısı dadıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmyerlimiz IV turda rusiyalı Aleksandr Qrişuka uduzub. Ağ fiqurlarla oynayan Rəcəbov 41-ci gedişdə “ağ bayraq” qaldırıb.

Bu, şahmatçımızın yarışda ikinci məğlubiyyəti olub. Teymur I turda dünya çempionu Vişvanatan Anandla bacarmamışdı. Hələlik qələbə qazana bilməyən Rəcəbov 1 xalla autsayderlər qrupundadır. O, çinli Van Yue ilə birgə 7-8-ci pillələri bölüşdürür.

Turnir iştirakçıları bu gün istirahət edəcəklər. Səkkiz beynəlxalq qrossmeysterin qatıldığı yarış sabah davam etdiriləcək. Teymur növbəti turda Lenyer Domingeslə (Kuba) qarşılaşacaq. Rəcəbovun vəziyyəti xeyrinə dəyişməsi üçün ixtiyarında 13 günü və 10 oyunu var.