12:24 24-02-2009
news_image
483
DİGƏR NÖVLƏR

Gimnastlarımız Estoniyadan 6 medalla qayıdırlar

Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşan yeniyetmə bədii gimnastlardan ibarət qrup hərəkətləri üzrə Azərbaycan milli komandası Estoniyada uğurla çıxış edib. Apasport.az saytının məlumatına görə, heyətində Səbinə Abbasova, Ayelita Xələfova, Kamilə Məmmədova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova və Nərgiz Əliyevanın (ehtiyat gimnast) yer aldığı yığmamız 45.08 xal toplayıb. Al rəngli geyim və qaraçı musiqisi sədaları altında 5 lentlə çıxış edən milli komandamız bürünc medala layiq görülüb.

Eyni zamanda, fərdi yarışlarda da ölkəmizə mükafatlar təqdim olunub. 13 yaşlı Bakı gimnastı Ayşə Mustafayeva ip, halqa və topla hərəkətlərdə ikinci yeri tutub. O, gümüş poker etməyə yaxın olub. Lakin gürzlərlə yarışda bolqarıstanlı Stelyana Yankovayadan 0.02 xal geri qaldığı üçün Ayşə “bürünc”lə kifayətlənib.

Daha bir gimnastımız Yekaterina Prokopenko da fəxri kürsüyə yüksəlib. O, topla yarışlarda 3-cü yeri tutaraq, bürünc medal qazanıb.