16:51 24-02-2009
news_image
569
DİGƏR NÖVLƏR

Zərifə Əliyeva adına orta məktəbdə qılıncoynatma bölməsi açılıb

Bakıda Zərifə Əliyeva adına orta ümumtəhsil məktəbində qılıncoynatma bölməsi açılıb. Bu haqda apasport.az saytına Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov məlumat verib.

Bununla bağlı sözügedən məktəbdə keçirilən tədbirə Ramin Məmmədovla yanaşı, yığmanın baş məşqçisi Tahir Həkimov, sablya və şpaqa üzrə milli komandanın üzvləri Sabina Mikina, Aida Ələsgərova, Ramin Əmirov, Cəlil Əsgərov, Tehran Rəsulov, Vəkil Namazov, Ella Xudaverdiyeva və Nigar Abbasova da qatılıblar.

AQF rəsmiləri şagirdlərə qılıncoynatma haqda məlumat verib, ölkəmizdə bu idman növünün tarixi və əldə olunan nailiyyətlərdən danışıblar. Yığma üzvləri isə master-klass göstəriblər. Onlar nümunəvi çıxışla şagirdlərdə qılıncoynatmaya qarşı maraq yaratmağa çalışıblar.