11:47 26-02-2009
news_image
544
DİGƏR NÖVLƏR

“Kür” Olimpiya İdman Mərkəzi istifadəyə verilir

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə 2007-ci ilin avqustundan etibarən Mingəçevirdəki köhnə avarçəkmə bazasının yerində inşa olunan “Kür” Olimpiya İdman Mərkəzi ilin son rübündə istifadəyə veriləcək. Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumatına görə, hələlik İdman Mərkəzində işlər sürətlə davam etdirilir. Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına “Serb-Az” şirkətinin briqadası tərəfindən aparılan tikinti birbaşa AMAF-ın nəzarəti altındadır.

6 hektar sahəni əhatə edən “Kür” Olimpiya İdman Mərkəzi təkcə avarçəkmə növlərinin inkişafı üçün nəzərdə tutulmayıb. Burada həm də güləş, voleybol, basketbol zalı, 4 böyük tennis kortu, 25x50 metr ölçüdə olimpiya standartlarına uyğun üzgüçülük hovuzu üçün sektorlar ayrılıb. 8 mərtəbəli mehmanxana binasının inşası, demək olar ki, başa çatdırılıb. Yalnız fasad işlərinin görülməsi qalıb.