11:49 26-02-2009
news_image
751
STOLÜSTÜ OYUNLAR

“Uğursuz zolaq”dan çıxa bilməyən Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “uğursuz zolaq”dan çıxa bilmir. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmyerlimiz İspaniyada keçirilən “Linares” superturnirində qələbəyə həsrət qalıb. O, VI turda çinli Van Yue ilə qarşılaşmada da uğursuz seriyanı dayandırmağı bacarmayıb. Qara fiqurlarla oynayan Rəcəbov yarım xalla kifayətlənib.

Hazırda Teymur 2 xalla yarış cədvəlinin axırıncı pilləsində qərarlaşıb. Təmsilçimiz bu gün birinci dövrənin son turu çərçivəsində norveçli Maqnus Karlseni sınağa çəkəcək. 314 min avro mükafat fonduna malik və 14 turdan ibarət olan yarışa martın 7-də yekun vurulacaq.

VI turun nəticələri:

Van Yue (Çin, 2739) - Teymur Rəcəbov (Azərbaycan, 2761) - 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2779) - Lenyer Dominges (Kuba, 2717) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2733) - Levon Aronyan (Ermənistan, 2750) - 1:0
Maqnus Karlsen (Norveç, 2776) - Vişvanatan Anand (Hindistan, 2791) - 1:0

Turnir cədvəli: 1. Qrişuk 4,5 xal; 2. Karlsen 3,5; 3. Aronyan 3,5; 4. İvançuk 3; 5. Anand 3; 6. Dominqes 2,5; 7. Yue 2; 8.Rəcəbov 2.