00:07 28-02-2009
news_image
570
DİGƏR NÖVLƏR

Milli komandamız üçün koreyalı baş məşqçi

Qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçi postuna daha bir namizəd var. Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, yığmamız koreyalı məşqçiyə tapşırıla bilər. Adı açıqlanmayan bu çalışdırıcının milli komandamızda işləyib-işləməyəcəyi federasiya rəhbərliyi ilə danışıqlardan sonra müəyyənləşəcək.

Xatırladaq ki, AzHF rəsmiləri artıq yarım ildir yığmamızın pakistanlı baş məşqçisi Tahir Zamana əvəz axtarırlar. Öncə argentinalı Serxio Vixil, daha sonra ispaniyalı Xose Baraxa Bakıya təşrif buyurub. Lakin onlar müxtəlif səbəblərdən milli komandamızda çalışmağa razılaşmayıblar.