11:13 02-03-2009
news_image
902
STOLÜSTÜ OYUNLAR

Bəlkə ermənini məğlub edək?

İspaniyada keçirilən “Linares” superturnirində IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə qələbə qazanmağı bacarmayıb. Həmyerlimiz Ukrayna təmsilçisi Vasili İvançukla görüşdə aktivinə yarım xal əlavə edib.

Bu, Rəcəbovun yarışdakı 7-ci bərabərliyi olub. Hazırda 22 yaşlı şahmatçımız 3,5 xalla sonuncu, 8-ci pillədədir. O, bu gün X tur çərçivəsində ağ fiqurlarla ermənistanlı Levon Aronyana qarşı mübarizə aparacaq. Tərəflər arasında ilk dövrədə keçirilmiş görüş heç-heçə nəticələnib.

Mükafat fondu 314 min avro olan yarış 14 turdan ibarətdir. Superturnirə martın 7-də yekun vurulacaq.

IX turun nəticələri:

Vasili İvançuk (Ukrayna, 2779) - Teymur Rəcəbov (Azərbaycan, 2761) - 0,5:0,5
Van Yue (Çin, 2739) - Aleksandr Qrişuk (Rusiya, 2733) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2750) - Vişvanatan Anand (Hindistan, 2791) - 0,5:0,5
Lenyer Dominges (Kuba, 2717) - Maqnus Karlsen (Norveç, 2776) - 0:1

Turnir cədvəli: 1.Qrişuk 6 xal; 2. İvançuk 5; 3.Aronyan 5; 4.Karlsen 5; 5.Anand 4,5; 6.Dominges 3,5; 7.Yue 3,5: 8.Rəcəbov 3,5