11:30 03-03-2009
news_image
768
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovun gözünü bağlayacaqlar

İspaniyada davam edən “Linares” superturnirinin ardınca Azərbaycan şahmatçısı Teymur Rəcəbovu növbəti yarış gözləyir. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmyerlimiz Monakoda təşkil olunacaq “Amber” turnirinə qoşulacaq.

Rəcəbovla bərabər, yarışda dünya çempionu Vişvanatan Anand (Hindistan), Vasili İvançuk, Sergey Karyakin (hər ikisi Ukrayna), Qata Kamski (ABŞ), Vladimir Kramnik, Aleksandr Morozeviç (hər ikisi Rusiya), Levon Aronyan (Ermənistan), Maqnus Karlsen (Norveç), Peter Leko (Macarıstan), Veselin Topalov (Bolqarıstan) və Van Yue (Çin) qüvvəsini sınayacaq.

Turnirə martın 14-də start veriləcək. İştirakçılar bir turda 2 partiya gözü bağlı, 2 matç isə sürətli şahmat oynayacaqlar. Ümumilikdə 11 turdan ibarət yarış martın 26-da başa çatacaq.