14:18 03-03-2009
news_image
554
DİGƏR NÖVLƏR

Azərbaycan yığmasına koreyalı baş məşqçi təyin olunub

Qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, bundan sonra yığmanı koreyalı Joa Hanq çalışdıracaq.

Hələlik tərəflər arasında rəsmi müqavilə imzalanmayıb. Buna baxmayaraq, Hanq dünəndən etibarən otüstü hokkeyçilərimizi məşq etdirir. AzHF rəhbərliyinin koreyalı məşqçi ilə uzunmüddətli müqavilə bağlayacağı gözlənilir.

Hanqın baş məşqçi postunda əvəzlədiyi pakistanlı Tahir Zaman isə regionlarda otüstü hokkeyin inkişafına nəzarət edəcək.

Qeyd edək ki, AzHF rəsmilərinin yığmanın baş məşqçi vəzifəsi üçün argentinalı Serxio Vixil və ispaniyalı Xose Barasa ilə apardığı danışıqlar nəticəsiz qalmışdı.