17:09 04-03-2009
news_image
524
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız 120 min avroluq çempionata yollanır

Azərbaycanın kişi şahmatçıları bu gün Serbiyanın Budva şəhərinə yollanırlar. Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışovun sözlərinə görə, səfərdə məqsəd şəxsi Avropa çempionatında mübarizə aparmaqdır.

Yarışda ölkəmizin şərəfini 7 şahmatçı - Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Vüqar Rəsulov, Faiq Ələskərov və Nicat Abbasov qoruyacaq. Martın 6-da başlanacaq və İsveçrə sistemi üzrə keçiriləcək çempionat 11 turdan ibarətdir. Qitə birinciliyinin ümumi mükafat fondu 120 min avrodur.

Xanım şahmatçılarımız isə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək analoji yarışa qatılacaqlar. 7-21 mart aralığında keçiriləcək çempionatda ölkəmizi Türkan Məmmədyarova, Nərgiz Umudova, Gülnar Məmmədova, Nərmin Kazımova və Xəyalə Abdulla təmsil edəcək.