00:06 05-03-2009
news_image
718
STOLÜSTÜ OYUNLAR

Məmmədyarova FİDE-nin ilk dəfə keçirdiyi turnirə qatılır

Dünyanın ən güclü qadın qrossmeysterləri İstanbula toplaşır. Apasport.az saytının məlumatına görə, ilk dəfə zərif iti zəka sahibləri arasında təşkil olunan “FİDE Qran Pri” turnirinə 12 şahmatçı qatılacaq.

Martın 7-də start götürəcək yarışda həmyerlimiz Zeynəb Məmmədyarova ilə yanaşı, Koneru Hampu (2621, Hindistan), Yifan Hau (2571, Çin), Antoanetta Stefanova (2557, Bolqarıstan), Pia Kramlinq (2548, İsveç), Mari Seba (2529, Fransa), Mayya Çiburdanidze (2516, Gürcüstan), Chen Zu (2496, Qətər), Elina Danieliyan (2496, Ermənistan), Yang Shen (2448, Çin) və Betül Yıldız (2216) mübarizə aparacaq.

Qeyd edək ki, Məmmədyarova (2362)reytinqə görə rəqiblərindən yalnız Yıldızı qabaqlayır.