00:21 07-03-2009
news_image
652
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov 10-cu heç-heçə ilə Aronyanı qabaqladı

İspaniyada təşkil olunan “Linares” superturniri başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, dünyanın adlı-sanlı 8 şahmatçısının mübarizə apardığı yarışda XIII tura yekun vurulub.

Turnirdəki yeganə təmsilçimiz Teymur Rəcəbov hesabat turunda norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Qara fiqurlarla oynayan həmyerlimiz 57-ci gedişdə rəqibi ilə xalları yarı bölüb. Bu, Rəcəbovun yarışda 10-cu heç-heçəsi olub. Hesabındakı xalı 6-ya çatdıran qrossmeyterimiz erməni Aronyanı qabaqlayıb və bu gün son tur çərçivəsində Van Yue ilə qarşılaşacaq.

XIII turun nəticələri:

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) – Vişvanatan Anand (Hindistan) – 0,5:0,5
Vasili İvançuk (Ukrayna) – Levon Aronyan (Ermənistan) – 1:0
Van Yue (Çin) – Lenyer Dominqes (Kuba) - 0,5:0,5

Turnir cədvəli:

Qrişuk, İvançuk 7,5; Karlsen 7; Anand 6,5; Rəcəbov, Aronyan, Yue 6; Dominges 5,5.