16:26 07-03-2009
news_image
704
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarova: 8 marta Marta ilə

Türkiyənin İstanbul şəhərində FİDE-nin qadınlar arasında ilk dəfə keçirdiyi Qran Pri turnirində həmyerlimiz Zeynəb Məmmədyarovanın rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, şahmatçımız bu gün ilk tur çərçivəsində ekvadorlu Fierro Baguero Marta ilə görüşəcək. Sabah isə təmsilçimizin rəqibi Yifan Hau (Çin) olacaq.

Dairəvi sistem üzrə keçiriləcək turnir 11 turdan ibarət olacaqdır.