00:01 09-03-2009
news_image
1194
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarova: 2 oyun, 2 məğlubiyyət

FİDE-nin qadınlar arasında ilk dəfə təşkil etdiyi Qran Pri turnirində ikinci turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçirilən yarışın ikinci günü də həmyerlimiz Zeynəb Məmmədyarova üçün uğursuz alınıb. İlk oyun günündə ekvadorlu Martaya uduzan təmsilçimiz bu dəfə Çin şahmatçısı Hauya təslim olub.

Humpu Koneru (Hindistan) - Elina Danielyan (Ermənistan) – 1:0
Yanq Şen (Çin) – Mari Sebaq (Fransa) – 0,5:0,5
Mayya Çiburdanidze (Gürcüstan) - Xue Zen (Qətər) - 0,5:0,5
Zeynəb Məmmədyarova (Azərbaycan) – Yifan Hau (Çin) – 0:1
Pia Kramlinq (İsveç) – Yıldız Betul (Türkiyə) – 1:0

İki turdan sonra Koneru 2 maksimum xalla vahid liderdir. Hesabında xal olmayan Zeynəb bu gün Xue Zenlə oynayacaq.