00:09 09-03-2009
news_image
828
STOLÜSTÜ OYUNLAR

Həmyerlimiz Ferqyussonu mat qoydu

Serbiyada kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatında üçüncü tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turunda Azərbaycan təmsilçilərindən yalnız biri məğlubiyyətlə üzləşib.

Üçüncü oyun günündə Qədir Hüseynov Valeri Popovla (Rusiya), Rauf Məmmədov Konstantin Maslakla (Rusiya), Vüqar Rəsulov Stelios Halkiasla (Yunanıstan), Vasif Durarbəyli İvan İvanişeviçlə (Serbiya) xalları yarı bölüb. Ötən tur xalsız qalan Eltac Səfərli bu dəfə Mark Ferqyussonu (İngiltərə) məğlub edib. Digər həmyerlimiz Faiq Ələsgərov isə Momçil Nikolova (Bolqarıstan) uduzub.