11:34 10-03-2009
news_image
571
STOLÜSTÜ OYUNLAR

Həmvətənimiz erməni ilə heç-heçə oynadı

Çernoqoriyanın Budva şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, IV tur Azərbaycan şahmatçıları üçün uğurlu alınıb.

Belə ki, Qədir Hüseynov Mişel Qodenanı (İtaliya), Rauf Məmmədov Piter Uellsi (İngiltərə), Faiq Ələsgərov isə Dalibor Stoyanoviçi (Bosniya və Herseqovina) məğlub edib. Digər təmsilçilərimiz isə heç-heçə oynayıblar. Eltac Səfərli ermənistanlı Vladimir Akopyan, Vasif Durarbəyli polşalı Bartlomey Matsieja, Vüqar Rəsulov isə xorvatiyalı İvan Sariçlə “sülh” bağlayıb.

Hazırda Rauf Məmmədov 3 xalla 31-ci yerdədir. Eyni xala malik Qədir Hüseynov 56-cı pillədə qərarlaşıb. Vüqar Rəsulov və Eltac Səfərli 2,5 xalla müvafiq olaraq, 73-cü və 94-cü sırada durur. Vasif Durarbəyli 2 xalla 130-cu, eyni miqdarda xalı olan Faiq Ələsgərov isə 196-cı pilləyə sahib çıxıb.

Bu gün V turun oyunları keçiriləcək. 11 turdan ibarət yarışa martın 18-də yekun vurulacaq. Çempionatın ümumi mükafat fondu 120 min avroya bərabərdir.