15:03 10-03-2009
news_image
640
DİGƏR NÖVLƏR

Azərbaycanın sabiq baş naziri gimnastlarla görüşdü

Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə keçirilən beynəlxalq turnir, eləcə də Dünya Kuboku yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirdə mübarizə aparmış qrup hərəkətləri üzrə Azərbaycan milli komandası dördüncü yeri tutub.

Dünya Kubokunda da həmyerlilərimiz medalsız qalıblar. Anna Qurbanova ip, top və lentlə hərəkətlərdə 5-ci, halqa ilə yarışların yekunlarına görə isə 6-cı sırada qərarlaşıb. Bundan başqa, Zeynəb Cavadlı lentlə hərəkətlərdə 8-ci yerlə kifayətlənib.

Bu yarışı Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, həmçinin orada yaşayan soydaşlarımız da izləyiblər. Dünya Kubokundan sonra ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov gimnastlarla görüşüb və onlara qarşıdakı turnirlərdə uğurlar arzulayıb.

Mənbə: AzərTac