00:05 11-03-2009
news_image
588
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarova yarım xal da qazana bilmir

Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova uğursuzluq zolağından çıxa bilmir. Apasport.az saytının məlumatına görə, həmyerlimiz FİDE-nin qadınlar arasında ilk dəfə təşkil etdiyi Qran Pri turnirində xal üzünə həsrət qalıb. O, Türkiyənin İstanbul şəhərində keçirilən yarışın dördüncü turunda da məğlubiyyətlə barışıb və bu dəfə fransız Mari Sebaqa uduzub.

Digər oyunlar belə nəticələnib:

Humpu Koneru (Hindistan) - Yanq Şen (Çin) - 0,5:0,5
Mayya Çiburdanidze (Gürcüstan) - Elina Danielyan (Ermənistan) – 0:1
Pia Kramlinq (İsveç) – Yifan Hau (Çin) – 0:1
Antoanetta Stefanova (Bolqarıstan) – Xue Zen (Qətər) - 0,5:0,5
Yıldız Betul (Türkiyə) – Fierro Marta (Ekvador) – 0:1

Qeyd edək ki, 4 turdan sonra yalnız Məmmədyarova xal qazana bilməyib.