12:22 11-03-2009
news_image
474
DİGƏR NÖVLƏR

İradə Aşumova oğlu ilə birgə Dortmunda gedir

Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova Almaniyanın Dortmund şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu haqda apasport.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yarışda Aşumovanın oğlu Ruslan Lunyov da qüvvəsini sınayacaq. Turnir 16-22 mart aralığında baş tutacaq.