18:13 11-03-2009
news_image
1029
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı xanım idman tariximizə düşdü - FOTO

Türkiyənin İstanbul şəhərində keçirilən FİDE-nin Prezident Şurasının iclasında Azərbaycanın 4 nümayəndəsinə beynəlxalq titulların verilməsi məsələsi müzakirə olunub. Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, Ülkər Umudova ölkəmizin ilk beynəlxalq dərəcəli hakimi olub. Bununla bağlı AŞF tərəfindən göndərilən sorğu müsbət cavablandırılıb. İndiyədək FİDE dərəcəli hakim funksiyasını yerinə yetirmiş Umudova beləcə, idman tariximizə düşüb.

FİDE-nin iclasında Vasif Durarbəylinin beynəlxalq qrossmeyster titulu şərti təsdiqlənib. O, sözügedən titula lazımi reytinq (2500) topladıqdan sonra layiq görüləcək. Eyni zamanda, Nicat Abbasov da lazımi reytinq (2400) yığacağı təqdirdə, beynəlxalq usta adını alacaq.

Milli komandamızın üzvü Xəyalə İsgəndərova isə bundan sonra beynəlxalq usta titulunu daşıyacaq.