00:12 12-03-2009
news_image
621
STOLÜSTÜ OYUNLAR

1 xalla 10 pillə irəli

Kişilər arasında Çernoqoriyanın Budva şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mükafat fondu 122 min avro olan qitə birinciliyinin altıncı oyun günündə həmvətənlərimizdən ikisi qələbə qazanıb.

Belə ki, Rauf Məmmədov Miloş Perunoviçi (Serbiya) məğlub edib. Bununla hesabına 4-cü xalı yazdıran gənc qrossmeysterimiz 10 pillə irəliləyərək, turnir cədvəlində 25-ci yerdə qərarlaşıb. Vyekoslav Vuleviçlə (İsveçrə) görüşdə qələbə qazanan digər şahmatçımız Vasif Durarbəyli isə 31 pillə sıçrayış edib. İndi o, 3 xalla 127-ci mövqedədir.

Təmsilçilərimizdən Qədir Hüseynov Viorel İordaçesku (Moldova), Eltac Səfərli Andras Gyula (Rumıniya), Vüqar Rəsulov Emmanuel Berqlə (İsveç) xalları yarı bölüb. Faiq Ələsgərov isə yenə məğlubiyyətlə üzləşib.