11:01 13-03-2009
news_image
848
STOLÜSTÜ OYUNLAR

Məmmədyarova erməni ilə görüşdə sevindi

İstanbulda qadınlar arasında FİDE Qran Pri turnirində bir günlük istirahət başa çatıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Zeynəb Məmmədyarova da daxil olmaqla, 12 şahmatçının qüvvəsini sınadığı yarışda V tura yekun vurulub.

Hesabat turu sumqayıtlı qrossmeyster üçün uğurlu alınıb. İlk dörd oyunda məğlubiyyətlə barışan Məmmədyarova bu dəfə heç-heçə oynayıb. O, erməni Elina Danieliyana qarşı fiqurla oynamasına baxmayaraq, partiya 53-cü gedişdə “sülh”lə nəticələnib.

Digər oyunlar belə başa çatıb

Fierro Martana (Ekvador) - Humpu Koneru (Hindistan) – 0:1
Yifan Hau (Çin) – Yıldız Betul (Türkiyə) – 1:0
Xue Zen (Qətər) - Pia Kramlinq (İsveç) – 1:0
Mari Sebaq (Fransa) - Antoanetta Stefanova (Bolqarıstan) – 0:1
Yanq Şen (Çin) – Mayya Çiburdanidze (Gürcüstan) – 0:1

Hazırda Hau 4,5 xalla vahid liderdir. Koneru və Zen 4 xalla növbəti pillələrdə qərarlaşıb. Hesabındakı 0,5 xalla sonuncu olan Məmmədyarova isə bu gün Şenlə oynayacaq.