10:55 14-03-2009
news_image
1077
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarova tilsimi qırdı

Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova Türkiyənin İstanbul şəhərində keçirilən FİDE Qran Pri turnirində tilsimi qırıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı idmançımız yarışda ilk qələbəsini qazanıb. O, VI turda ağ fiqurlarla çinli Yanq Şeni məğlub edib.

Bununla da, Zeynəb xalını 1,5-ə çatdıraraq, 3 pillə yüksəlib. Hazırda təmsilçimiz 9-cu sırada qərarlaşıb. Məmmədyarova bu gün Maya Çiburdanidze (Gürcüstan) ilə görüşəcək.

12 şahmatçının qüvvəsini sınadığı və 11 turdan ibarət olan yarış martın 19-da yekunlaşacaq.