00:20 15-03-2009
news_image
701
STOLÜSTÜ OYUNLAR

12 iştirakçı arasında 11-ci yer

Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova Türkiyənin İstanbul şəhərində təşkil olunan FİDE Qran Pri turnirində növbəti məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz yarışın VII turunda sabiq dünya çempionu Mayya Çiburdanidzeyə (Gürcüstan) uduzub.

Hazırda 26 yaşlı idmançımız 1,5 xalla 12 iştirakçı arasında 11-ci yerdədir. O, bu gün VIII tur çərçivəsində qara fiqurlarla hindistanlı Hampu Koneruya qarşı oynayacaq.