10:09 16-03-2009
news_image
626
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Kramnikə uduzdu

Monakoda keçirilən şahmat üzrə XVIII ənənəvi “Amber” turniri davam edir. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Teymur Rəcəbov ikinci turda Vladimir Kramniklə qarşılaşıb.

Milli komandamızın lideri gözübağlı partiyada rəqibinə uduzub. Rapid oyunda isə tərəflər yarım xalla kifayətləniblər.

Gözübağlı

Morozeviç – Van Yue 1:0, Leko – Aronyan – 1:0, Topalov – Karyakin - 1:0, Kramnik – Rəcəbov 1:0, İvançuk – Karlsen, Kamski – Anand heç-heçə

Rapid

Aronyan – Leko - 1:0, Anand – Kamski – 1:0, Van Yue – Morozeviç – 0:1, Karyakin – Topalov – 1:0, Rəcəbov – Kramnik, Karlsen – İvançuk heç-heçə

II turdan sonra turnir cədvəlində vəziyyət

Morozeviç, Aronyan –3 xal; Kramnik, Anand –2,5; Leko, Karlsen, Topalov, Karyakin –2; Kamski, Rəcəbov –1,5; Van Yue, İvançuk –1.

III turun qarşılaşmaları

Rəcəbov – Morozeviç, Aronyan – Kamski, Karyakin – Kramnik, Anand – Karlsen, Van Yue – Topalov, Leko – İvançuk

Qeyd edək ki, iştirakçılar hər bir turda gözübağlı və Rapid oyunda qüvvəsini sınayır.