18:15 16-03-2009
news_image
625
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatında rekord

Bu gün gənclər arasında qılıncoynatma üzrə Azərbaycan çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyasının zalında keçirilən yarışa 4 klubun idmançıları qatılıblar.

Budəfəki çempionat iştirakçıların sayı baxımından rekord vurub. Belə ki, birincilikdə əvvəlkilərdən daha çox - 80 qılıncoynadan mübarizə aparır.

İki gün davam edəcək yarışın yekunlarına əsasən, gənclərdən ibarət milli komandanın heyəti formalaşacaq. Yığmamız apreldə Şimali İrlandiyada təşkil olunacaq dünya çempionatında qüvvəsini sınayacaq.