11:32 18-03-2009
news_image
664
DİGƏR NÖVLƏR

“Formula 1”də tarixi dəyişiklik!

Ən maraqlı idman növlərindən sayılan “Formula 1”in qaydalarında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bundan sonra “Formula 1”də pilotların yarışında ən çox xal qazanan deyil, ən çox mərhələ qazanan sürücü çempion tituluna yiyələnəcək. Yəni, yekun sıralamada əsas göstərici kimi mərhələ çempionluğu götürüləcək.

Əgər bu qayda ötən il tətbiq edilsəydi, “MakLaren”li Lyuis Hemilton yox, “Ferrari”nin sürücüsü Felipe Massa çempion olacaqdı. Çünki Hemilton 5 mərhələnin qalibi olduğu halda, Massa 6 dəfə belə uğura imza atmışdı. Lakin sonda rəqibindən 1 xal geri qalan Massa 97 xalla ikinci yerlə kifayətlənmişdi.

Yeni qaydalara görə, qələbələrin sayı bərabər olacağı təqdirdə, həmin pilotların neçə mərhələdə ikinci, üçüncü və digər yerləri tutması əsas götürüləcək. Konstruktorların çempionatı isə əvvəlki qaydada keçiriləcək.

“Formula 1”in növbəti mövsümü martın 27-də Avstraliyada start götürəcək. 17 mərhələdən ibarət olan, 10 komandadan 20 pilotun mübarizə aparacağı yarış noyabrın 1-də Birləşmiş Ərəb Əmiliklərində yekunlaşacaq.

Qeyd edək ki, “Formula 1”də xallar ilk “səıkkizlik”də qərarlaşan pilotlara və konstruktorlara verilir. Onlara müvafiq olaraq, 10, 8, 6, 5, 4, 3, 2 və 1 xal verilir.