11:55 19-03-2009
news_image
750
DİGƏR NÖVLƏR

Həmyerlimiz Almaniyanı fəth edir

Almaniyanın Dortmund şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanın güllə atıcısı Ruslan Lunyov növbəti dəfə fəxri kürsüyə yüksəlib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz bu dəfə 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açma yarışında uğur qazanıb. O, 565 xal (94+94+90+96+96+95) toplayaraq, 16 idmançı arasında birinci yeri tutub.

Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumovanın oğlu olan Ruslan sözügedən turnirdə 50 metrlik məsafədən hədəfə atəş açma proqramında gümüş medala sahib çıxmışdı. Aşumova özü isə martın 21-də və 22-də qüvvəsini sınayacaq.