14:21 19-03-2009
news_image
738
STOLÜSTÜ OYUNLAR

Rusiyada rüsvayçı nəticə

Qadın şahmatçılar arasında Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan şəxsi Avropa çempionatı başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, sayca 10-cu dəfə keçirilən yarışda Azərbaycan təmsilçiləri uğursuzluğa düçar olublar. Təmsilçilərimizin hamısı - Türkan Məmmədyarova, Nərgiz Umudova, Gülnar Məmmədova, Nərmin Kazımova və Xəyalə Abdulla zəif çıxış edirlər.

Son tur ərəfəsində şahmatçılarımızdan yalnız biri ilk “100-lük”də qərarlaşıb. Belə ki, Gülnar Məmmədova 5 xalla 92-ci yerdədir. 4,5 xala malik Nərmin 102-ci, Nərgiz 109-cu, Türkan isə 118-ci sıranı tutur. Xəyalə Abdulla 4 xalla 126-cı pillədədir.

Bu gün baş tutacaq XI turun oyunları ilə Avropa çempionatına yekun vurulacaq.