18:13 19-03-2009
news_image
1218
STOLÜSTÜ OYUNLAR

Zeynəb Məmmədyarova Qran-Pridə 10-cu yeri tutdu

Türkiyənin İstanbul şəhərində qadın şahmatçılar arasında keçirilən ilk Qran-Pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Zeynəb Məmmədyarova zəif təsir bağışlayıb. O, 12 şahmatçı arasında 10-cu sırada qalıb.

Həmvətənimiz sonuncu, XI turda türkiyəli Cemre Betul Yıldızla görüşüb. Ağ fiqurlarla oynayan Zeynəb 52-ci gedişdə rəqibi ilə “sülh” bağlayıb. Beləliklə, 2,5 xal toplayan Məmmədyarova Qran-Prinin yekun cədvəlində cəmi iki şahmatçını qabaqlamağa müvəffəq olub. 26 yaşlı idmançı
Yıldızdan başqa, Yanq Şendən (Çin) 1 xal, Pia Kramlinq (İsveç) və Elina Danielyanın (Ermənistan) hərəsindən isə yarım xal alıb.

Qran-Prinin qalibi adına hindistanlı Hampi Koneru sahib çıxıb (8,5 xal).