12:06 25-03-2009
news_image
562
DİGƏR NÖVLƏR

İradə Aşumova Almaniyadan qızıl medalla qayıtdı

Almaniyanın Dortmund şəhərində təşkil olunan güllə atıcılığı üzrə beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın son günündə Azərbaycanın yarışda yeganə qadın təmsilçisi İradə Aşumova qızıl medal qazanıb. Afina Olimpiadasının bürünc mükafatçısı 25 metrlik məsafədən hədəfə kiçikçaplı tapança ilə atəş açmada 788,5 xal toplayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, turnirdə mübarizə aparan digər güllə atıcımız, İradə Aşumovanın oğlu Ruslan Lunyov yeniyetmələr arasında 3 medala sahib çıxıb. 20 yaşlı idmançı 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açmada qızıl, 50 metrlikdən kiçikçaplı tapança ilə atəş açmada gümüş, 25 metrlik məsafədən sürətli atışda isə bürünc medala layiq görülüb.