14:37 25-03-2009
news_image
711
DİGƏR NÖVLƏR

Azərbaycan Gürcüstandan üstün oldu

Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris İdman Mərkəzində keçirilən beynəlxalq “Prezident Kuboku” reqatasında akademik avarçəkənlərin mübarizəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan və Gürcüstanın oğlanlardan ibarət yeniyetmə (U-18) və gənc (U-23), eləcə də ölkəmizin qızlardan ibarət yeniyetmə (U-18) idmançıları mübarizə aparıblar. Azərbaycanın 1995-1996-cı il təvəllüdlü oğlanlardan ibarət akademik avarçəkənləri isə turnirə müsabiqədənkənar qatılıblar.

Əksər kateqoriyalı qayıqlarda Azərbaycan avarçəkənləri qalib adını qazanıblar. Yalnız yeniyetmələrin mübarizəsində 1 nəfərlik qayıqda Gürcüstan təmsilçisi hamıdan üstün olub.

Akademik avarçəkənlərin mübarizəsində bütün kateqoriyalar üzrə qalib və mükafatçıları təqdim edirik:

Oğlanlar
U-18
1 nəfərlik qayıqlar (1x)


1. Georgi Baqaturiya (Gürcüstan)
2. Əbdürəşid Mustafin
3. Telman Həbibli

2 nəfərlik təkavarlı qayıqlar (2-)

1. Timur Kutseba – Aleksandr Qlotov
2. Kamran Qarayev – Ruslan Quliyev
3. Soso Balaşvili – Georgi Tapuriya (Gürcüstan)

2 nəfərlik qoşa avarlı qayıqlar (2x)

1. Telman Həbibli – Əbdürəşid Mustafin
2. Kərim Əskərov - Sərxan Hüseynov
3. Georgi Muxatqverdeli – Açiko Baqaturiya (Gürcüstan)

U23
1 nəfərlik qayıqlar (1x)


1. Mirzağa Eyvazov
2. Kamran Yusubov
3. Tornike Sinatoşvili (Gürcüstan)

1 nəfərlik yüngül çəkili qayıqlar (1xLW)

1. Aleksandr Jdanov
2. Cavid Əfəndiyev
3. Toğrul Qurbanzadə

2 nəfərlik təkavarlı qayıqlar (2-)

1. Timur Kutseba - Aleksandr Qlotov
2. Georgi Sinatoşvili - İrakli Ukleba (Gürcüstan)
3. Vüsal Həsənov – Ruslan Qurbanov

2 nəfərlik qoşa avarlı qayıqlar (2x)

1. Turqay Məmmədov - Mirzağa Eyvazov
2. Aqşin Məmmədov - Kamran Yusubov
3. Hilal Əhmədov – Vüsal Səlimov

2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqlar (2xLW)

1. Aleksandr Jdanov – Cavid Əfəndiyev
2. Laşa Matiaşvili – Georgi Matiaşvvili (Gürcüstan)
3. Aleksandr Maksimov - Fərman Əliyev

4 nəfərlik qoşa avarlı qayıqlar (4x)

1. Cavid Əfəndiyev – Aleksandr Jdanov - Kamal Məmmədov – Toğrul Qurbanzadə
2. Kamran Yusubov – Turqay Məmmədov – Aqşin Məmmədov - Mirzağa Eyvazov
3. Telman Həbibli - Sərxan Hüseynov - Kərim Əskərov - Əbdürəşid Mustafin

Qızlar
U18
1 nəfərlik qayıqlar (1x)


1. Angelina İvanova
2. Mariya Mustafina
3. Aysel Nurəliyeva

2 nəfərlik qoşa avarlı qayıqlar (2x)

1. Yuliya Popova – Mariya Mustafina
2. Mariya Popova – Angelina İvanova
3. Aysel Nurəliyeva – Mehriban Muradova

1995 – 1996-cı il təvəllüdlülər (müsabiqədənkənar)
1 nəfərlik qayıqlar (1x)


1. Tahir Əfəndiyev
2. Ağarəhim Qurbanov
3. Qardaşxan Hüseynli.

Qeyd: Texniki nəticələr kayak və kanoeçilərin də mübarizəsinə yekun vurulduqdan sonra dərc olunacaq.