16:05 26-03-2009
news_image
590
STOLÜSTÜ OYUNLAR

Rəcəbov: 12 iştirakçı arasında 11-ci yer

Fransada təşkil olunan “Amber” beynəlxalq şahmat turniri davam edir. Apasport.az saytının məlumatına görə, mükafat fondu 216 min avro olan və dünyanın adlı-sanlı 12 qrosmeysterin mübarizə apardığı yarışın X turu həmyerlimiz Teymur Rəcəbov üçün uğursuz alınıb. Belə ki, şahmatçımız ukraynalı Vasili İvançuka gözübağlı görüşdə təslim olub. Rapid oyunda isə həmyerlimiz rəqibi ilə heç-heçə oynayıb.
X turdan sonra Rəcəbov hesabındakı 8 xalla 11-ci pillədə qərarlaşıb.