15:32 31-03-2009
news_image
688
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Bundesliqanın gümüş medalını qazandı – FOTO

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Verder” klubunun heyətində Almaniya çempionatının gümüş medalına yiyələnib. Apasport.az saytının məlumatına görə, Bremen təmsilçisi Bundesliqada 24 xalla ikinci yeri tutub.

Həmyerlimiz son iki turda iştirak etməsə də, ümumi qələbədə böyük rol oynayıb. Axırıncı qarşılaşmalarda isə “Verder” “Berlin” (5,5:2,5) və “Hamburq”u (4,5:3,5) məğlub edib. Bremenlilər çempion “Baden-Baden”dən 4 xal geri qalıb.

Qeyd edək ki, “Verder”in heyətində ən tanınmış şahmatçı məhz Şəhriyar hesab olunur. O, 2742 reytinq balı ilə komandasının lideridir.