16:30 31-03-2009
news_image
3213
DİGƏR NÖVLƏR

Dünyanın ən cazibədar tennisçisi hovuz başında - FOTOSESSİYA

Dünyanın ən cazibədar tennisçisi Anna Kurnikova növbəti reklam çəkilişlərinə qatılıb. Apasport.az saytının məlumatına görə, rusiyalı idmançı bu dəfə hovuzda fotoobyektivlərin qarşısına keçib. Müxtəlif pozalar verən Kurnikova reklam çəkilişlərinin uğurlu alınması üçün böyük səy göstərib.

Qeyd edək ki, 28 yaşlı tennisçi hazırda məşhur ispan müğənni Enrike İqlesiasla eşq macərası yaşayır. Anna 2002-ci ildə “Escape” (“Qaçış”) mahnısının klipində Enrikenin rəfiqəsi rolunu yaradıb. Elə o vaxtdan bəri onlar arasında münasibət davam edir.

Bu cütlük son 7 ildə münasibətdə olmalarına baxmayaraq, hələ də ailə qurmayıblar. Özü də bu barədə onlara tez-tez sual verilir. Anna ilə evlənib-evlənməyəcəyi haqda danışarkən İqlesias qəti heç nə demir: “Anna cazibədar və ideal qızdır. O, mənim həyatımdadır. Lakin Kurnikovaya qarşı məhəbbətimin əbədi olub-olmayacağını deyə bilmərəm. Mən nikaha inanıram. Eyni zamanda, hesab edirəm ki, xoşbəxt olmaq üçün təkcə ailə qurmaq kifayət deyil”.