18:30 02-04-2009
news_image
554
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatında Bolqarıstan və Gürcüstan idmançıları

Sabah Olimpiya Kompleksində bədii gimnastika üzrə 16-cı Azərbaycan çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda 22 gimnast - 13 yeniyetmə və 9 idman ustası mübarizə aparacaq.

Milli çempionatlar tarixində ilk dəfə yarışa Naxçıvan gimnastı da qatılacaq. Bundan başqa, ölkə birinciliyində Bolqarıstan və Gürcüstan gimnastlarının müsabiqədənkənar çıxışları gözlənilir. Çempionat aprelin 5-də başa çatacaq.