10:47 03-04-2009
news_image
1045
STOLÜSTÜ OYUNLAR

Azərbaycan çempionatı bitdi, amma qalib bilinmədi

8, 10, 12, 14, 16 və 18 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan çempionatının final mərhələsi başa çatıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda 30-a yaxın şəhər və rayondan 135-dək idmançı qüvvəsini sınayıb.


İlk 3 yeri tutan şahmatçılar aşağıdakılardır:

8 yaş
Oğlanlar


1. Abdulla Qədimli (Bakı) - 10 xal
2. Murad Rzayev (Lənkəran) – 8,5
3. Fərid Şirinov (Mingəçevir) – 7,5

Qızlar

1. Xanım Balacayeva (Qax) - 11
2. Nigar Mustafazadə (Bakı) - 8
3. Həcər Heydərova (Masallı) – 8

10 yaş
Oğlanlar


1. Qulam Məmmədov (Sumqayıt) - 7,5
2. Zaur Abbasov (Bakı) – 7
3. İsmayıl Şahəliyev (Bakı) – 7

12 yaş
Oğlanlar


1. Elxan Bayramov (Bakı) – 10
2. Ülvi Sadıxov (Bakı) – 8,5
3. Cavidan Babazadə (Lənkəran) – 7,5

Qızlar

1. Aytən Əmrayeva (Bakı) – 9
2. Xatun Bağırova (Ucar) - 8,5
3. Günay Nəsirova (Bakı) - 7,5

14 yaş
Oğlanlar


1. Ülvi Bacarani (Bakı)- 8,5
2. Aqil Pirverdiyev (Bakı) - 8,5
3. Kənan İzzət (Bakı) – 8

Qızlar

1. İzzət Rəhimli (Zərdab) – 9
2. Səbinə İbrahimova (Gəncə) – 9
3. Ülviyyə Fətəliyeva (Gəncə) – 8,5

16 yaş
Oğlanlar


1. Zaur Məmmədov (Bakı) – 9
2. Bəhruz Rzayev (Bakı) – 8,5
3. Orxan Hüseynov (Bakı) – 8

Qızlar

1. Aytac Abdürrəhmanlı (Şəki) – 9
2. Nərmin Kazımova (Bakı) – 9
3. Xəyalə Abdulla (Bakı) – 7,5

18 yaş
Oğlanlar


1. Vüqar Rəsulov (Gəncə) – 6
2. Ayaz Məmmədov (Gəncə) – 6
3. Fərid Namazov (Bakı) – 4

Qızlar

1. Aysel Bəxtiyarlı (Sumqayıt) – 7
2. Gülnar Məmmədova (Şirvan) – 6,5
3. Türkan Həsənova (Şəmkir) – 5,5

Maraqlıdır ki, 10 yaşadək qızların yarışında qalibləri müəyyənləşdirmək müşkül məsələyə çevrilib. Belə ki, Aydan Höccətova, Günay Məmmədzadə və Nərmin Məmmədova hərəsi 10 xal toplayıblar və onların əlavə bir neçə göstəricisi də eyni olub. Bu səbəbdən təşkilatçılar adıçəkilən 3 şahmatçı arasında əlavə matç-turnir keçirmək qərarına gəliblər. Həmin matç-turnir sabah baş tutacaq.

Hər yaş qrupunun qalibləri dünya, ikinci yerin sahibləri isə Avropa çempionatına vəsiqə qazanıblar. Bundan başqa, qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları və qiymətli hədiyyələri təqdim olunub.