15:23 04-04-2009
news_image
595
DİGƏR NÖVLƏR

Atçılıq üzrə “Bakı kuboku” uğrunda yarış start götürüb

Bu gün atçılıq üzrə “Bakı kuboku” uğrunda yarışın açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı Dövlət Cıdır Meydanında təşkil olunan turnirə 10 çapar qatılıb. Öncə yarışla bağlı Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə məruzə edilib və bundan sonra turnir açıq elan olunub.

Açılış mərasimində, həmçinin gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev və digər qonaqlar da iştirak ediblər.

Qeyd edək ki, bu, martın 6-da Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti seçilən Quliyevin rəhbərliyi dövründə ilk yarışdır.