14:26 06-04-2009
news_image
1871
DİGƏR NÖVLƏR

Kurnikovanın İqlesiasla birgə şousu - FOTOSESSİYA

Dünyanın ən cazibədar tennisçisi sayılan Anna Kurnikova yenə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı rusiyalı idmançı ABŞ-ın Florida ştatında keçirilən “Sony Ericsson” tennis turnirində tamaşaçılar arasında yer alıb.

Anna yarışı sevgilisi, məşhur ispan müğənni Enriko İqlesiasla birgə izləyib. Telekameralar hər dəfə bu cütlüyü çəkdikdə isə Kurnikova özünəməxsus hərəkətləri ilə yadda qalıb. Kameralara gülümsəyən sarışın gözəlçə şou göstərməyə başlayıb. O, hətta Enrikonu öpməkdən belə çəkinməyib. Annanın bu hərəkəti ətrafdakıların təəccübünə səbəb olub.

Qeyd edək ki, vaxtilə planetin bir nömrəli qadın tennisçisi olan Kurnikova uzun müddətdir rəsmi yarışlarda qüvvəsini sınamır.