11:47 08-04-2009
news_image
1493
DİGƏR NÖVLƏR

27 yaşlı dünya çempionunun cəsədi evində tapıldı - FOTO

Velosiped idmanı üzrə dünya çempionu, avstraliyalı Cobi Dayka faciəvi şəkildə ölüb. Apasport.az saytının məlumatına görə, onun cəsədi evində tapılıb.

27 yaşlı idmançının hansı səbəbdən öldüyü məlum deyil. Onun kiminsə tərəfindən qətlə yetirildiyi, yoxsa hadisənin intihar olması hələlik bilinmir.

Xatırladaq ki, Dayka karyerasının ən uğurlu illərini 7 il öncə yaşayıb. Əvvəlcə, 2002-ci ildə nüfuzlu beynəlxalq turnirin qalibi olan velosipedçi elə həmin il dünya çempionu tituluna yiyələnib.

Lakin 2003-cü ildən etibarən onun karyerasında eniş başlayıb. O, dopinq qalmaqalında ilişdiyindən, 2004-cü il Afina Olimpiadasına yollana bilməyib. 2005-ci ildə isə Cobi məşqçisinə fiziki təzyiq göstərdiyi üçün 3 ay həbsxanada yatıb.