20:59 12-04-2009
news_image
1277
STOLÜSTÜ OYUNLAR

Anand, Kramnik, Karyakin və Şirov Bakıda!!!

Mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Bakıda Azərbaycanın və dünyanın şahmat yığmaları arasında görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk dəfə təşkil olunan yarışda ölkəmizin ən güclüləri - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Qədir Hüseynov (Rauf Məmmədov) qüvvəsini sınayacaq. Dünya yığmasının heyətində də adlı-sanlı qrossmeysterlər yer alıb. Belə ki, hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Ukrayna) və Aleksey Şirov (İspaniya) dünya yığmasının heyətində çıxış edəcək.

Mənbə: extratime.az