15:31 13-04-2009
news_image
429
DİGƏR NÖVLƏR

İradə Aşumova oğlu ilə birgə Pekinə gedir

Çinin paytaxtı Pekində güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, bu turnirdə ölkəmizin şərəfini 2 idmançı qoruyacaq.

Belə ki, Pekinə Afina Olimpiadasının bürünc mükafatçısı, yığmanın oynayan-məşqçisi İradə Aşumova və onun oğlu Ruslan Lunyov yollanacaq. Yarış 15-24 aprel aralığında baş tutacaq.