23:33 14-04-2009
news_image
1186
DİGƏR NÖVLƏR

Bakıya gələn gimnast da poza verdi - FOTOSESSİYA

Daha bir dünya çempionu XXL nəşrinin fotokameraları qarşısında tab gətirməyib. Apasport.az saytının məlumatına görə, məşhur jurnalın əməkdaşları bədii gimnastika üzrə ən adlı-sanlı idmançılardan olan Anna Bessonovanı poza verməyə razı salıb. Özündən əvvəl kamera qarşısına çıxan digər idmançılardan fərqli, ukraynalı gimnast bədəninin gözəlliyindən daha çox plastikliyini nümayiş etdirib.

Xatırladaq ki, müxtəlif turnirlərdə iştirak etmək üçün dəfələrlə ölkəmizə gəlmiş Anna SSRİ milli komandasının və Kiyevin “Dinamo” klubunun sabiq futbolçusu Vladimir Bessonovun qızıdır.