12:03 15-04-2009
news_image
622
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı erməni ilə üz-üzə - TƏQVİM

Bu gün Rusiyanın Nalçik şəhərində şahmat üzrə Qran-Prinin 4-cü mərhələsi başlanır. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov da qüvvəsini sınayacaq. Məmmədyarovla (2725) yanaşı, turnirdə daha 13 şahmatçı - Peter Leko (Macarıstan, 2751), Aleksandr Qrişuk (Rusiya, 2748), Vasili İvançuk (Ukrayna, 2746), Boris Qelfand (İsrail, 2733), Etyen Bakro (Fransa, 2728), Petr Svidler (Rusiya, 2726), Sergey Karyakin (Ukrayna, 2721), Qata Kamski (ABŞ, 2720), Yevgeni Alekseyev (Rusiya, 2716), Vladimir Akopyan (Ermənistan, 2696), Rüstəm Qasımcanov (Özbəkistan, 2695), Pavel Elyanov (Ukrayna, 2693) və Levon Aronyan (Ermənistan, 2754) çıxış edəcək.

Şəhriyar bu gün ilk tur çərçivəsində yarışın reytinq-favoriti Levon Aronyanla münasibətlərinə aydınlıq gətirəcək.

Məmmədyarovun keçirəcəyi görüşlərin təqvimi:

I tur, 15 aprel

Məmmədyarov - Aronyan

II tur, 16 aprel
Leko - Məmmədyarov

III tur, 17 aprel
Məmmədyarov - Kamski

IV tur, 18 aprel
Məmmədyarov - Akopyan

V tur, 19 aprel
Karyakin - Məmmədyarov

VI tur, 21 aprel
Məmmədyarov - Qrişuk

VII tur, 22 aprel
Alekseyev - Məmmədyarov

VIII tur, 23 aprel
Məmmədyarov - İvançuk

IX tur, 24 aprel
Bakro - Məmmədyarov

X tur, 26 aprel
Məmmədyarov - Svidler

XI tur, 27 aprel
Qelfand - Məmmədyarov

XII tur, 28 aprel
Məmmədyarov - Elyanov

XIII tur, 29 aprel
Qasımcanov - Məmmədyarov

Qeyd edək ki, 13 turdan ibarət yarışda şahmatçılar aprelin 20-də və 25-də istirahət edəcəklər.