18:01 15-04-2009
news_image
2240
DİGƏR NÖVLƏR

Motosiklet də sənin, seksual maneken də - FOTOSESSİYA

Motosiklet yarışları üzrə dünya çempionu Marko Melandri bu dəfə “məharət”ini çəkiliş studiyasında göstərib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı italiyalı motosikletçi fotoçəkilişlərə təkcə öz sayəsində dəvət almayıb. O, özündən də məşhur olan sevgilisi, seksual maneken Manuela Raffayeta ilə birgə obyektivlər önünə keçib.

Qeyd edək ki, Raffayeta İtaliyanın ən cazibədar modellərindən sayılır. 26 yaşlı Manuela indiyədək bir sıra gözəllik müsabiqələrinin qalibi olub, tanınmış firmalarla əməkdaşlıq edib.